Xəbər verdiyimiz kimi, “Qəbələ” İdman Klubu Azərbaycanın daha bir şirkəti ilə əməkdaşlığa başlayıb. 

Rekord.az xəbər verir ki, fəaliyyəti isitmə, soyutma, havalandırma və su təchizatı sistemlərinin satışı, quraşdırılması və servisindən ibarət “EUROCLİMA” MMC “Qəbələ” Futbol Akademiyasına sponsorluq edəcək.

Yəni bu şirkətin ayıracağı vəsait sırf akademiya üçün xərclənəcək. Əldə etdiyimiz məlumat üçün "Qəbələ" rəhbərliyi bu əməkdaşlıq çərşçivəsində ilk növbədə klubun yarımçıq qalan futbol akademiyasının binasını tikməyi planalşdırır. Hansı ki, stadion ərazisində yerləşir, illər öncəsi bünövrəsi də qoyulub, lakin sonradan maddi sıxıntı səbəbindən yarımçıq qalıb.