"Everton" yarımmüdafiəçisi Dele Allidən qurtulmaq istəyir.

Rekord.az xəbər verir ki, "The Sun"a istinadən xəbər verir ki, "Everton" ümidləri doğrultmayan 26 yaşlı oyunçunun sabiq klubuna - "Tottenhem"ə əlavə bonuslar ödəmək istəmədiyi üçün onu satmaqda qərarlıdır.

Belə ki, 2019-cu ildən İngiltərə millisinə çağırılmayan Delenin müqaviləsindəki xüsusi bəndə əsasən, oyunçu müəyyən sayda matça çıxandan sonra Liverpul təmsilçisi "Tottenhem"ə əlavə 25 milyon avro ödəməlidir. Bu səbəbdən meydanda olduğu 9 Premyer Liqa qarşılaşmasında qol və məhsuldar ötürmə ilə yadda qalmayan futbolçudan qurtulmaq vacibə çevrilib. 

Xəbərə görə, "Everton" Allini 25 milyon avroya satmağa hazırdır.