İngiltərə Kubokunun 1/4 final matçında "Mançester Siti" "Everton"la qarşılaşıb.

Rekord.az xəbər verir ki, görüş Liverpulda "Qudison Park" stadionunda boş tribunalar qarşısında keçirilib və qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hər iki qol oyunun ikinci hissəsində vurulub. Matçda hesabı 84-cü dəqiqədə yarımmüdafiəçi İlkay Gündoğan açıb. Bundan 6 dəqiqə sonra Kevin de Breyne Rodrinün ötürməsi ilə fərqlənib.

Beləliklə, Xosep Qvardiolanın yetirmələri milli kubokun ikinci yarımfinalçısı olub. Bundan əvvəl isə "Sautqempton" 1/4 final matçında "Bornmut"dan üstün olub.

"Everton" - "Mançester Siti" 0:2

Qollar: İlkay Gündoğan, 84, Kevin De Bruyne, 90