“Everton” müdafiəçisi Maykl Kinlə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

27 yaşlı stopperlə müddəti 2025-ci ilə qədər olan yeni müqavilə imzalanıb.

Karyerasına “Mançester Yunayted”də başlayan Kin, sonralar “Lester Siti”, “Derbi Kaunti”, “Blekbern” və “Bernli” kimi klublarda da forma geyinib. O, 2017-ci ildən “Everton”un uğurları üçün çalışır. O, bu komandada geridə qalan üç mövsüm ərzində 94 oyuna çıxıb, 3 qol vurub.