"Everton" futbolçusu Dominik Kalvert-Lyuinlə müqaviləni yeniləyib.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Liverpul təmsilçisinin 22 yaşlı hücumçu ilə bağladığı yeni  sözləşməni  müddətinin 5 il olduğu bildirilib.

Qeyd edək ki, 2016-cı ildən "Everton"da çıxış edən D. Kalvert-Lyuin bu müddət ərzində 76 matçda meydanda olub.