![photo](https://www.rekord.az/storage/uploads/5/demarai-qrey.jpg)
“Everton”un futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçdi
- 07 Sen 2023 23:00
- 434
“Everton”un futbolçusu Demaray Qrey Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubuna keçib.
Rekord.az xəbər verir ki, Mersisayd klubu 27 yaşlı oyunçunun transferinin məbləği ilə bağlı məlumat verməyib.
Bir müddət əvvəl “Liverpul”un sabiq kapitanı Stiven Cerrardın rəhbərlik etdiyi “Əl-İttifaq”ın Qreyin transferi ilə bağlı “Everton”la anlaşdığı haqda məlumat yayılmışdı. Ərəblərin futbolçunun transferi üçün təxminən 10 milyon avro ödəyəcəyi, Qreyin özünün isə klubla 4 illik müqavilə imzalayacağı qeyd edilir.
Qrey 2021-ci ildən “Everton”da çıxış edirdi.