Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Yannik Bolasini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı vingerlə 2+1 illik müqavilə imzalanıb.

Bolasinin son klubu İngiltərə “Midlsbro”su olub. Yarımmüdafiəçi daha əvvəl bu ölkədə “Plimut”, “Everton”, “Aston Villa” kimi komandalarda çıxış edib.