İngiltərənin "Everton" klubunun yeni baş məşqçisi bəlli olub.

Rekord.az xəbər verir ki, sözügedən komandanı bundan sonra ispaniyalı mütəxəssis Rafael Benites çalışdıracaq.

Bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yeni baş məşqçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. O, iyulun 5-də işə başlayacaq. Benites baş məşqçi postunda İspaniyanın “Real” klubu ilə müqavilə imzalamış Karlo Ançelottini əvəzləyib.

Qeyd edək ki, Rafael Benites 2006-2010-ci illərdə "Everton"un əzəli rəqibi "Liverpul"a rəhbərlik edib.