Növbəti mövsüm I Divizionun formatında hər hansı bir dəyişiklik baş verməyəcək.

Rekord.az xəbər verir ki, indiki halda yalnız “Qaradağ Lökbatan”ın oynayıb-oynamayacağı sual altındadır.

Çünki ehtimal var ki, SOCAR bu komandaya maliyyə ayırmasın və komanda fəaliyyətini dayandırsın. Digər komandalar isə olduğu kimi qalacaq. Yəni Premyer Liqa komandalarının əvəzedici komandaları yenə I Divizionda mübarizə aparacaq..