AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 26-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz-2” – “Zirə-2” oyununun 86-cı dəqiqəsində “Kəpəz-2” komandasının 20 nömrəli futbolçusu Mahir Həsənov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Kəpəz-2” komandası 50 manat cərimə edilib.

“Kəpəz-2” – “Zirə-2” oyununun 90+5-ci dəqiqəsində “Zirə-2” komandasının 27 nömrəli futbolçusu Tamerlan Burcəliyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Zirə-2” komandası 200 manat cərimə edilib.

“Səbail-2” – “Neftçi-2” oyununun 90+4-cü dəqiqəsində “Səbail-2” komandasının 97 nömrəli futbolçusu Oruc Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Səbail-2” komandası 50 manat cərimə edilib.

“Səbail-2” – “Neftçi-2” oyununun 64-cü dəqiqəsində “Səbail-2” komandasının 15 nömrəli futbolçusu Vüqar Həsənov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Səbail-2” komandası 150 manat cərimə edilib.