
Əvəzedicilərin cəzası açıqlandı
- 11 Apr 2025 15:20
- 84
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, Əvəzedicilər liqasının 29-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Səbail-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilib.
“Səbail-2” – “Turan Tovuz-2” oyununda “Səbail-2” komandasının fotoqrafı zonalar üzrə qaydanı pozduğuna görə “Səbail-2” komandası 50 manat cərimə edilib.
“Qarabağ-2” – “Zirə-2” oyununun 59-cu dəqiqəsində “Zirə-2” komandasının 33 nömrəli futbolçusu Əkbər Eyubov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Zirə-2” komandası 50 manat cərimə edilib.