AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qəbələ-2” – “Sabah-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah-2” komandası 70 manat cərimə edilib.

“Qəbələ-2” – “Sabah-2” oyununun 68-ci dəqiqəsində “Sabah-2” komandasının 88 nömrəli futbolçusu Xəyal Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sabah-2” komandası 50 manat cərimə edilib.

“Sumqayıt-2” – “Səbail-2” oyununun 90+3-cü dəqiqəsində “Sumqayıt-2” komandasının 16 nömrəli futbolçusu Tural Axverdiyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sumqayıt-2” komandası 50 manat cərimə edilib.

“Sumqayıt-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilib.

“Zirə-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilib.