"Mançester Yunayted"in sabiq müdafiəçisi Patris Evra Portuqaliya mətbuatına danışıb.

Rekord.az xəbər verir ki, fransalı "qırmızı şeytanlar"ın Kriştiano Ronaldoya ehtiyac duyduğunu söyləyib:

“Bəlkə də “Mançester Yunayted” hazırda çətinlik yaşayır və başqa futbolçulardan istifadə etməlidi. Lakin onların həmişə Kriştiano Ronaldoya ehtiyacı olacaq. Mənə inan, bu, belədir.

Gün gələcək “Mançester Yunayted” rəhbərliyi “Kriştiano, xahiş edirik qal” deyəcək. Bu da məntiqlidir. Çünki onun kimi futbolçuya hər zaman ehtiyac var".

​41 yaşlı veteran futbolçu 2006-2014-cü illərdə “Mançester Yunayted”də oynayıb.