![photo](https://www.rekord.az/storage/uploads/5/elmar-baxsiyev-2.jpg)
Əvvəlcə Baxşıyev, sonra Avqusti
- 25 İyl 2023 18:00
- 387
“Qəbələ” iyulun 27-də Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Kiprin “Omoniya” komandasını qəbul edəcək.
Rekord.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Omoniya” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl – iyulun 26-da arenanın media zalında təşkil olunacaq.
İlk olaraq saat 18:00-da jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev çıxacaq. Saat 19:00-da isə “Omoniya”nın baş məşqçisi Sofronios Avqusti media nümayəndələrinin suallarını cavablandıracaq.
Komandaların ilk 15 dəqiqəsi açıq olan oyunöncəsi son məşqi də Qəbələ şəhər stadionunda baş tutacaq. “Qırmızı-qaralar” saat 18:30-da, qonaqlar isə 20:00-da məşqə çıxacaq.