DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 9-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı bilinib.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Mətbuat konfransları və açıq məşqlər sabah keçiriləcək.

Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin mətbuat konfransı saat 17:00-da olacaq. İrlandiya yığmasının çalışdırıcısı Stiven Kenni isə saat 18:00-da media nümayəndələri ilə görüşəcək. Hər iki konfrans Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Azərbaycan yığmasının açıq məşqi Mərdəkanda yerləşən “Dalğa Arena”da, İrlandiya millisininki isə Bakı Olimpiya Stadionunda olacaq.