“Eyndhoven”dən Ozan Canlı heç-heçə
- 30 Sen 2023 13:40
- 326
Futbol üzrə Niderland birinci divizionunda 8-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Dordrext”lə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 1:1.
Ozan da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub.
“Eyndhoven” hazırda 11 xalla 20 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.