Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

Rekord.az xəbər verir ki, Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı oyun 4:0 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnib.

Xatırladaq ki, millimiz ilk oyunda da bu rəqibinə 0:3 hesabıyla uduzmuşdu.