Eyni rəqiblə ikinci oyun
- 08 İyn 2021 16:00
- 568
Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün daha bir yoxlama oyunu keçirəcək.
Rekord.az xəbər verir ki, U-17 yığmamız yenə gürcüstanlı həmyaşıdları ilə qarşılaşacaq. Oyun yerli vaxtla 18:00-da başlayacaq.
Xatırladaq ki, bu komandalar arasında iyunun 5-də keçirilən ilk qarşılaşma 2:1 hesabı ilə Gürcüstan millisinin xeyrinə nəticələnmişdi.