Eyni rəqiblər yenidən 1/4 finalda üz-üzə
- 12 Dek 2019 17:41
- 860
Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsi start götürəcək.
Rekord.az xəbər verir ki, ilk oyunlar dekabrın 15-16-da, cavab görüşləri 19-20-də keçiriləcək.
Bu mərhələdə üz-üzə gələcək cütlərin əvvəlki mövsümlərdəki kubok qarşılaşmalarının balansını təqdim edirik.
Maraqlıdı ki, bir il əvvəl də 1/4 finalda eyni cütlər üz-üzə gəlib.
Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
15 dekabr (bazar)
“Qəbələ” – “Sabah” – 2 oyun, +2=0-0, top fərqi 2-0
“Qəbələ” hər iki oyunda eyni hesabla qələbə qazanıb. Paytaxt təmsilçisi bu matçlarda qol vura bilməyib.
2018/19 |
1/4 final |
Qəbələ - Sabah (Bakı) |
1:0, 1:0 |
“Səbail” – “Zirə” – 2 oyun, +0=0-2, top fərqi 2-4
“Zirə” hər iki görüşdə minimal hesabla qələbə əldə edib. “Səbail”in ev matçında hər iki komanda qol vurub.
2018/19 |
1/4 final |
Zirə - Səbail (Bakı) |
1:0, 3:2 |
16 dekabr (bazar ertəsi)
“Neftçi” – “Sumqayıt” – 2 oyun, +1=0-1, top fərqi 1-2
Hər iki komanda səfərdə qalib gəlib. Evdə oynayan tərəf qol vurmayıb.
2018/19 |
1/4 final |
Neftçi (Bakı) - Sumqayıt |
0:2, 1:0 |
“Qarabağ” – “Keşlə” – 9 oyun, +5=2-2, top fərqi 11-6
Komandaların yolları 5 dəfə kəsişib. 3 dəfə “Qarabağ”, 2 dəfə “Keşlə” duelin qalibi olub. Son 5 görüşdə bakılılar qələbə qazanmayıb.
2004/05 |
1/8 final |
Qarabağ (Ağdam) - İnter (Bakı) |
1:0, 0:2 |
2007/08 |
1/4 final |
Qarabağ (Ağdam) - İnter (Bakı) |
2:2, 0:1 |
2008/09 |
final |
İnter (Bakı) - Qarabağ (Ağdam) |
0:1 |
2015/16 |
1/2 final |
İnter (Bakı) - Qarabağ (Ağdam) |
0:4, 0:1 |
2018/19 |
1/4 final |
Qarabağ (Ağdam) - Keşlə |
1:0, 1:1 |