Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizova Polşada birinciliyində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Radomka" 20-ci turda "Wisla"nın ilə üz-üzə gəlib.

Rəqib meydanında baş tutan görüş Rita və rəfiqələri üçün uğurlu alınıb. 3 set davam edən qarşılaşmada voleybolçumuzun komandası 3:0 (25:20, 25:20, 25:10) hesabı ilə qələbə qazanıb.

Komandasının çətinlik çəkmədən qalib gəldiyi oyunda yığmamızın üzvü əvəzetmə ilə oynayıb. Əzizova meydanda olduğu müddətdə 2 dəfə hücumda fərqlənib.