Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Marqarita Əzizova Polşa çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Radomka" doğma meydanda "Legionowo" ilə qarşılaşıb.

Oyun gərginliyi ilə yadda qalıb. Rita və rəfiqələri 4 set davam edən matçda 3:1 (25:21, 21:25, 28:26, 27:25) hesabı ilə qələbə qazanıblar.

Komandasının aktivinə 3 xal yazdırdığı oyunda millimizin üzvü 9 dəfə fərqlənib. Əzizova bu xallardan 6-nı hücumda, 2-ni eyslə, 1-ni blokda qazanıb.