Polşada voleybolçu qadınların çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan yığmasının üzvü Marqarita Əzizovanın formasını geyindiyi "Radomka" doğma meydanda "Lodz" ilə qarşılaşıb.

Görüş gərginliyi ilə yadda qalıb. Oyuna yaxşı başlayan "Radomka" ardıcıl iki setdə qələbə qazanıb. Lakin qonaqlar sonradan təşəbbüsü ələ ala biliblər və ardıcıl iki hissədən qalib ayrılıblar. Görüşün taleyinə tay-brekdə aydınlıq gəlib. Həlledici hissədə daha dəqiq olan  hücumçumuzun komandası 3:2 (25:23, 25:23, 29:31, 21:25, 15:15) hesabı ilə qələbə qazanıb.

Komandasının çətinliklə qalib gəldiyi qarşılaşmada millimizin üzvü əvəzetmə ilə oynayıb və meydanda olduğu müddətdə xal qazanmayıb.