Yeni mövsümdən İtaliya A Seriyasında çıxış edəcək "Komo"nun yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Sesk Fabreqas çalışdıracaq.

İspaniyalı mütəxəssislə 4 illik müqavilə imzalanıb.

37 yaşlı Fabreqas futbolçu karyerasını 2023-cü ilin yayında "Komo"da bitirib. İspaniya millisinin və "Barselona"nın sabiq üzvü 2023-cü ilin dekabrından "Komo"da köməkçi məşqçi kimi çalışırdı. Əslində isə məşqçilik lisenziyası olmayan mütəxəssis elə o vaxtdan baş məşqçi səlahiyyətlərini yerinə yetirirdi.