Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2019" layihəsi çərçivəsində "7 Qalib"in mükafatlandırma mərasimində iştirak edib.

"Rekord.az" xəbər verir ki, təcrübəli mütəxəssis layihənin hazırlanmasında əməyi olan şəxslərə təşəkkürünü bildirib. Vitse-prezident kimi bu tədbirdə ilk dəfə iştirak etdiyini söyləyən təcrübəli mütəxəssis bütün mükafatçılıarı təbrik edib.

Faiq Qarayev qadın şahmatçıların uğurundan danışıb, cüdo üzrə dünya çempionu Elxan Məmmədovun çıxışını şərh edib, "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov haqqında fikirlərini bölüşüb.