“Qalatasaray” Türkiyə Super Liqsının 9-cu turu çərçivəsində qarşılaşacağı “Beşiktaş”la derbi matçına hazırlığı davam etdirir.

Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi bu oyuna ciddi itkilərlə çıxacaq.

Belə ki, “sarı-qırmızılar”ın ulduz futbolçuları Radamel Falkao və Sofiane Fequli hələ də komandadan ayrı hazırlıq keçir. Fərdi məşq edən hər iki futbolçunun qarşıdakı oyuna yetişməsi çətin görünür.

Qeyd edək ki, “Beşiktaş” - “Qalatasaray” matçı oktyabrın 27-də keçiriləcək.