“Qalatasaray”ın futbolçusu Radamel Falkao koronavirus səbəbindən futbolda qoyulan bəzi məhdudiyyətləri tənqid edib.

Rekord.az xəbər verir ki, kolumbiyalı hücumçu şəxsi Tvitter səhifəsində yazıb ki, oyunçuların qol sevinci zamanı qucaqlaşmasına icazə verilməməsini anlamır:

“Futbolun geri dönüşünü görüb, soruşuram: Qol sevincində qucaqlaşmağa icazə verməmək  üçün səbəb varmı? Bütün oyun boyu daima təmasdayıq. Künc zərbələri zamanı müdafiəçilər üzərimizə çıxırlar. Canlı sədd zamanı hər kəs yan-yanadır”.

Xatırladaq ki, çempionatların bərpa olunduğu ölkələrdə federasiyalar UEFA-nın göstərişi ilə klublara futbolçularının oyun zamanı sosial məsafə qaydalarını pozmamağı tövsiyyə edib.