"Qalatasaray"ın zədəli futbolçusu Radamel Falkao komanda ilə məşqlərə başlayıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı hücumçu İstanbul təmsilçisinin 38-ci turda "Konyaspor"la matç üçün hazırlıq prosesinə qatılıb. Lakin o, üzündəki zədələr səbəbindən qorunmaq üçün xüsusi maskadan istifadə edib.

Qeyd edək ki, Falkao aprelin 11-də komandanın səhər məşqi zamanı Kərəm Aktürkoğlu ilə toqquşaraq, zədələnib. Hər iki oynuçu dərhal təcili yardımla xəstəxanaya çatdırılıb. Kərəmin vəziyyətinin yaxşı olsa da, üzündə sınıqlar aşkarlanan Falkaoya narkoz altında müdaxilə edilib.