Falkao və Muslera "Qalatasaray"da qalır
- 12 Fev 2021 12:20
- 612
"Qalatasaray"ın cari mövsüm tribunalardan itkisi 33 milyon avro olub.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin I vitse-prezidenti Abdurrahim Albayrak açıqlama verib.
Klub rəsmisi bunun önəmli məbləğ olduğunu söyləyib.
O, uruqvaylı qapıçıları Fernando Musleranın klubdakı taleyi ilə bağlı danışıb: "Muslera klubumuzun simvoludur. "Qalatasaray"lıdır və bizimlə qalmağa davam edəcək. Sözləşməsi bitən digər futbolçularla da danışıqlarımızı davam etdiririk".
Abdurrahim Albayrak Radamel Falkaonun da komandada qalacağını və onun üçün kluba təklif gəlmədiyini vurğulayıb.