"Qalatasaray"ın hazırkı prezidenti Mustafa Cengiz maraqlı açıqlama verib.

Rekord.az xəbər verir ki, 72 yaşlı funksioner mətbuat konfransında Radamel Falkaonun transferinə görə peşman olduğunu bildirib.

Cengiz kolumbiyalı oyunçunun keçidi üçün yaxşı danışıqlar aparmadıqlarını sözlərinə əlavə edib: "Hazırda Falkao transferi qarşımda olsa, daha sıx bazarlıq edərəm".

O, səhhətindəki problemlər səbəbindən prezident seçkilərində namizədliyini irəli sürmədiyini deyib.

Radamel Falkao 2019-cu ildən "Qalatasaray"da çıxış edir.