İspaniyanın “Rayo Valyekano” komandasının hücumçusu Radamel Falkao zədələnib.

Rekord.az xəbər verir ki, bu barədə La Liqa 13-cü turu çərçivəsində klubunun rəsmi saytı məlumat yayıb.

Kolumbiyalı futbolçu La Liqanın 13-cü turunda “Real”a 1:2 hesabıyla uduzduqları səfər oyununda sıradan çıxıb. O, zədələndiyi üçün bu oyunda sonadək mübarizə apara bilməmişdi. Tibbi müayinələrdən sonra Falkaonun azı 3-4 həftə komandasına kömək edə bilməyəcəyi müəyyənləşib.

Xatırladaq ki, bu yay “Qalatasaray”dan ayrılaraq “Rayo Valyekano”ya keçən Falkao bu komandada meydana çıxdığı 7 oyunda 5 qola imza atıb.