Fan-klublar Azərbaycan Premyer Liqasında bu ilin sonunadək tribunalarda yer almamaqla bağlı ümumi razılığa gəliblər.

Rekord.az xəbər verir ki, bu barədə bəzi aparıcı fan-klubların yaydığı bəyanatlarda qeyd olunub.

Onlar buna səbəb kimi Premyer Liqanın son turunda keçirilmiş “Neftçi” - “Qarabağ” oyunundan əvvəl və oyun zamanı azarkeşlərə qarşı edilmiş haqsızlıqları və onların həbs olunmasını göstəriblər. Fank-klublar məhz bu kimi hadisələrə etiraz əlaməti olaraq növbəti oyunlarda olmayacaqlarını bildiriblər.