"Qəbələ"nin növbəti mövsümdə də AFFA-dan maddi yardım alacağı gözlənilir. Daha doğrusu, bölgə klubu yenidən bu təkliflə federasiyaya üz tutmağı planlaşdırır.

Rekord.az-a ötürülən məlumata görə, may ayında "Qəbələ"nin prezidenti Fariz Nəcəfovla AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun görüşəcəyi gözlənilir. 

Ehtimal olunur ki, bu görüş zamanı AFFA tərəfindən də "Qəbələ"nin bazasından milli komandaların təmənmnasız istifadəsi müzakirə olunsun.