"Barselona”nın hücumçusu Ansu Fatinin bu ay da yaşıl meydanlara çıxa bilməyəcək.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı hücumçunun fevral ayında oyunlarda iştirak edəcəyi gözlənilsə də, o, zədəsini sağalda bilməyib. 

Sol dizindən zədəli olan Fati bərpa prosesi zamanı yüklənmələrə istənilən səviyyədə tab gətirməyib. Həkimlər isə onun aprel ayında tam hazır olacağını düşünür.

Beləliklə, Fati fevralın 16-da və martın 10-da Çempionlar Liqasının 1/8 final mərhələsində Fransa klubu PSJ-yə qarşı oyunları buraxacaq.

Qeyd edək ki, Ansu Fati ötən il noyabrın əvvəllərində zədələnib.