Bir müddət əvvəl koronavirusa yoluxan “Qalatasaray”ın baş məşqçisi Fatih Terim xəstəxanadan buraxılıb.

Rekord.az xəbər verir ki, bu barədə 66 yaşlı mütəxəssisin müalicə aldığı xəstəxananın mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Terimin evə buraxıldığı bildirilib.

Terimin son koronavirus testinin müsbət çıxmasına baxmayaraq, mütəxəssis müalicənin qalan hissəsini evində davam etdirəcək. Terim, 14 gün müddətində ev karantinində qalacaq.