“Qalatasaray”ın baş məşqçisi Fatih Terimə yeni köməkçi təyin olunub.

Rekord.az xəbər verir ki, ABŞ-dan olan performans mütəxəssisi Skott Piri bundan sonra İstanbul klubunda çalışacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, Skott Piri daha öncə də “Qalatasaray”da çalışıb. O, 2011-2014-cü illər aralığında bu klubun əldə etdiyi uğurlarda əsas pay sahiblərindən biri olmuşdu.