UEFA  Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin qonağı olacaq “Qalatasaray” bu oyunun hazırlığına başlayıb.

Rekord.az “Fotomaç”a istinadən xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Fatih Terim bu oyunda hansısa sürprizin yaşanmaması üçün köməkçilərinə “ağ-qaralar”ı təhlil etməyi tapşırıb. Məşqçilərin verəcəyi məlumatlara əsasən komanda məşqlərinə hazırlığını davam etdirəcək.

“Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də, 8-ci km stadionunda keçiriləcək.