Fatih Terimin cəzasına endirim
- 01 Yan 2021 14:42
- 590
Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terimin cəzası azaldılıb.
Rekord.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Terimin cəzası 5 oyundan 4 matça endirilib.
Bundan başqa, mütəxəssisə verilən pul cəzası da azaldılıb. 67 yaşlı mütəxəssis 55 min 500 lirə yox, 42 min 500 lirə ödəyəcək.
Terim “Karagümrük” – “Qalatasaray” oyununda (2:1) hakimin ünvanına xoşagəlməz ifadələr dediyi üçün cəzalandırılıb.