Azərbaycan Basketbol Liqasında 6-cı turun son üç oyunu baş tutub.

Rekord.az xəbər verir ki, Gəncə və Sumqayıt Olimpiya İdman Komplekslərində baş tutmuş oyunlarda aşağıdakı hesablar qeydə alınıb.

"Gəncə" - "Neftçi" 80:85
Ən məhsuldar basketbolçular: Culs Mur (Gəncə) - 22 xal, 8 ribaund. Toraje Breyk (Neftçi) - 21 xal, 4 asist).

"Sərhədçi" - "NTD-İNDİQO" 89:97
Ən məhsuldar basketbolçular: Cəbrayıl Əkbərov (Sərhədçi) - 21 xal, 4 ribaund. Brendon Yanqer (NTD-İNDİQO) - 17 xal, 11 ribaund.

"Sabah" - "Cəlilabad" 107:89
Ən məhsuldar basketbolçular: Endar Poladxanlı (Sabah) - 25 xal, 4 asist. Camani Pirs (Cəlilabad) - 19 xal, 3 ribaund.