
Fəaliyyətini bərpa edən bölgə komandasında yeni baş məşqçi
- 15 Sen 2021 15:00
- 1484
Xəbər verdiyimiz kimi, Qubanın "Şahdağ" komandası yenidən fəaliyyətini bərpa edib və "Region Liqası"nda oynamağı planlaşdırır.
Rekord.az xəbər verir ki, komandanın yeni baş məşqçisinin adı da artıq məlumdur.
Quba təmsilçisi Sumqayıt" Uğur"u ilə həm Həvəskarlar üzrə ölkə çempionluğunu, həm də "Region Liqası"nı qazanan Qəzənfər Abbasovla anlaşıb.