Xəbər verdiyimiz kimi, Qubanın "Şahdağ" komandası yenidən fəaliyyətini bərpa edib.

Rekord.az xəbər verir ki, baş məşqçi postunu Qəzənfər Abbasova tapşıran Quba təmsilçisi yaxın günlərdə hazırlıqlara başlayacaq.

Hazırlığın ilkin mərhələsi seleksiya xarakterli olacaq və baş məşqçi heyəti formalaşdıracaq. "Şahdağ" hazırlıq üçün məkan Sumqayıtı seçib. "Kapital Bank Arena"da hazırlıq keçəcək Quba təmsilçisi elə burada bir neçə yoxlama görüşü keçirməyi də planlaşdırır.