Futbol üzrə İngiltərə Federasiya kubokunda matçlar bir oyundan ibarət olacaq.

Rekord.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Federasiya kubokunda sentyabrın 1-dən start veriləcək yeni mövsümdən 90 dəqiqəsi bərabərliklə bitən oyunların təkrarı olmayacaq. Qarşılaşmalar bir oyundan ibarət olacaq və ehtiyac yaranarsa, qalibi penaltilər seriyası müəyyənləşdirəcək. Yeni mövsümün final matçı isə 2021-ci il mayın 21-də, “Uembli” stadionunda keçiriləcək.

İngiltərə Federasiya kubokunda bundan əvvəl 90 dəqiqəsi bərabərliklə bitən oyunların təkrarı keçirilirdi.

Federasiya kubokunun son qalibi “Arsenal” klubu olub.