Federasiya prezidenti haqqında araşdırma başladı
- 12 May 2020 18:41
- 650
Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko haqqında araşdırma başladılıb.
Rekord.az “Associated Press”ə istinadən xəbər verir ki, federasiya prezidenti korrupsiyada ittiham olunur. UEFA İcraiyyə Komitəsinin üzvü olan Pavelko qurumun 2017-ci ildə Ukrayna Futbol Federasiyasına göndərdiyi pulları izah etmək üçün 2018-ci ildən bəri təhqiqatçılarla yazışmalar aparıb.
UEFA məsələylə bağlı açıqlama verməkdən imtina edib.
Keçən il “Lillustre” nəşri UEFA-dan Ukraynaya göndərilən pullarla bağlı məqalə dərc edib. Bundan sonra sözügedən nəşrin jurnalisti Ukraynadan gələn zənglə təhdid olunub. Məsələylə bağlı Pavelko İsveçrə prokurorluğu tərəfindən dindirilmişdi.