Federasiya prezidenti postundan qovuldu
- 14:40
- 30
Bruney Futbol Assosiasiyasının (FABD) prezidenti Feysal Yusoff postundan qovulub.
Rekord.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.
Yusoffla bağlı fərmanı Bruney sultanı Həssənal Bolkia imzalayıb. O, ölkə qanunlarının pozulması əsası ilə vəzifəsindən azad edilib.
Xatırladaq ki, Bruney yığması noyabrın 15-də yoldaşlıq görüşündə Rusiyaya səfərdə 0:11 hesabı ilə məğlub olmuşdu.