Federasiya rəhbərliyi yığma komandanın üzvləri ilə görüşdü
- 06 Fev 2024 17:20
- 294
Fevral ayının 6-da Azərbaycan Ağırlıqqaldırma Federasiyanın (AAF) rəhbərliyi beynəlxalq yarışlara hazırlaşan yığma komandaların üzvləri ilə görüş keçirib.
Rekord.az xəbər verir ki, ASK Arenada yerləşən təlim-məşq bazasında baş tutan tədbirdə AAF-ın vitse-prezidenti Firdovsi Umudov iştirak edib.
Umudov atletlərə Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Avropa çempionatı və Dünya Kuboku, həmçinin digər beynəlxalq yarışlarda uğurlar arzulayıb, onlara inamlarını ifadə edib. Vitse-prezident qeyd edib ki, ölkəmizdə idmana dövlət səviyyəsində diqqət və qayğı nümayiş etdirilir, AAF da öz növbəsində bu idman siyasəti çərçivəsində atletlərin şəraitinin daima yaxşılaşdırılması istiqamətində işlər görür, hər bir idmançını diqqət mərkəzində saxlayır.
Komanda üzvləri rəhbərliyə təşəkkür edib, bu görüşlərin onlar üçün əlavə motivasiya olduğunu, ruh yüksəkliyi verdiyini, yarışlar zamanı böyük dəstək olacağını bildiriblər.