“Barselona” “Atletiko”dan Joao Feliksi transfer etmək üçün oyunçusu Antuan Qrizmanndan istifadə etməyi düşünür.

Rekord.az xəbər verir ki, bu barədə “Sport” nəşri məlumat yayıb.

Kataloniya klubu Madrid təmsilçisindən 21 yaşlı hücumçunu  almaq üçün qarşı tərəfə Qrizmannı təklif etməyə hazırdır. Xəbərdə bildirilir ki,fransalı oyunçunun özü də “Atletiko”ya qayıtmağa müsbət yanaşır. Oyunçu “Barselona”ya 2019-u ildə məhz bu klubdan transfer olunub. Feliks isə elə həmin il 126 milyon avro qarşılığında “Benfika”dan “Atletiko”ya keçib.

Qeyd edək ki, Qrizmann bu mövsüm La Liqada 32 matçda 12 qol vurub. Feliks isə 30 görüşdə 7 qol və 5 qol ötürməsinə imza atıb.