
Felipe bu klubun maraq dairəsində
- 12:00
- 84
"Araz Naxçıvan"ın bombardiri Felipe Santos mövsümün sonunda klubunu dəyişə bilər.
Rekord.az-a daxil olan məlumata görə, "Zirə" onu heyətinə qatmaq istəyir.
Bunun üçün hazırda "Araz Naxçıvan"da aldığı maaşdan da yüksək maaş təklif olunur. Məhz bu səbəbdən Santos hələlik Naxçıvan klubu ilə yeni müqavilə imzalamağa tələsmir.