"Fənərbağça" "Əl-Nəsr"dən Anderson Taliskanın keçidini həll edib.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Braziliyalı hücumçusunun tibbi mayinədən keçmək və danışıqları yekunlaşdırmaq üçün İstanbula dəvət edildiyi bildirilib.


Taliska 2021-ci ilin yayından "Əl-Nəsr"də çıxış edir. Braziliyalı yarımmüdafiəçi bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 8 qol vurub. O, daha əvvəl Türkiyə "Beşiktaş"da çıxış edib. 30 yaşlı vinger 2016-2018-ci illərdə İstanbul klubunda 55 oyuna çıxıb və 27 qol vurub.