“Fənərbaxça” cəbhə bölgəsində baş verən hadisələrlə bağlı Azərbaycana dəstək mesajı yayımlayıb.

Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi rəsmi tvitter səhifəsi vasitəsilə bununla bağlı paylaşım edib.

Yayımlanan mesajda "Bizi bir-birimizə bağlayan qürurumuz, ay-ulduzumuzdur! İki dövlət, bir millət! Yanındayıq, sizə dəstəyik, Azərbaycan!” - yazılıb.

Daha əvvəl “Qalatasaray” və "Trabzonspor" da Azərbaycana dəstək olub.