"Fenerbahçe" Türkiyə çempionu oldu
- 12 May 2023 12:02
- 414
Türkiyədə qadın voleybolçuların birincilyi başa çatıb. "Rekord.az" xəbər verir ki, çempionatın qalibi "Fenerbahçe" klubu olub.
Komandanın finaldakı rəqibi "Eczacıbaşı" kollektivi olub. Reqlamentə əsasən çempion olmaq üçün tərəflərə üç qələbə lazım idi. Cütün ilk qarşılaşmasında 3:1 hesabı ilə qalib gələn "Fenerbahçe" sonrakı oyunlarda güclü rəqibin daha ciddi müqaviməti ilə üzləşib. Bununla belə, növbəti matçları hər ikisini 3:2 hesabı ilə öz xeyrinə yekunlaşdıran "Fenerbahçe" Türkiyə çempionatının qızıl medalını qazanıb. "Eczacıbaşı" isə birinciliyi gümüş medalla başa vurub.
Qeyd edək ki, çempionatda üçün yeri "Vakıfbank" klubu tutub. Komanda bürünc medal uğrunda "THY" kollektivini hər iki görüşdə məğlub edib.