![photo](https://rekord.az/uploads/5/da1d79cf487144659cf21b58d2306c5a-600x300.jpg)
“Fənərbaxça” hücumçusunu itirdi
- 2023-03-18 00:11
- 305
Türkiyənin “Fənərbaxça” klubu Avropa Liqasının 1/8 finalında İspaniya “Sevilya”sını keçə bilməməsi azmış kimi, aparıcı futbolçusunu da itrib.
Rekord.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Miçi Batşuayi bu qarşılaşmanın əvvəlindəcə sıradan çıxıb.
Zədələn belçikalı forvard 16-cı dəqiqədə əvəzlənmişdi. Onun durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.
Xatırladaq ki, “Fənərbaxça” “Sevilya”ya doğma meydanda 1:0 hesabıyla qalib gəlsə də, ilk oyundakı məğlubiyyətə görə mübarizəni dayandırmalı olub.